Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidik kisəsindən nəhəng daş bütöv şəkildə çıxarıldı – Tanınmış uroloqun əməliyyatından VİDEO

  • 2018.07.17 18:20
  • 11888 Baxış
Sidik kisəsindən  nəhəng daş  bütöv şəkildə  çıxarıldı –  Tanınmış uroloqun əməliyyatından VİDEO
Azərbaycanda maraqlı uroloji əməliyyat həyata keçirilib. Cərrah, uroloq-androloq Seymur Mehtiyev 55 yaşlı kişidə sidiyə getməmə səbəbindən apardığı müayinədə sidik kisəsini demək olar ki, tam tutmuş,  iri daş aşkarlayır.


Medicina.az xəbər verir ki, təcili əməliyyata alınan xəstənin sidik kisəsindən laporokoskopik metodla 7 sm uzunluqda daş çıxarıldı.


Doktorun sözlərinə görə bu daşı lazerlə parçalayıb çıxarmaq sidik kisəsinin divarına zərərli olacağından daş elə bütov çıxarıldı. Daşın yaranma səbəbi isə prostat vəzin adenoması idi. 


7 sm-lik daş sidik axarının qarşısını tam bağlamışdı.


Xəstə 1 gün sonra normal vəziyyətdə evə buraxıldı.