Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidik kisəsi xərçənginin ən birinci əlaməti – 80% xəstələrdə olur

  • 2023.09.27 15:27
  • 2331 Baxış
Sidik kisəsi xərçənginin ən birinci əlaməti  – 80% xəstələrdə olur

Sidik kisəsi şişləri yayılma formaları arasında 11-ci yerdədir.

Bu xəstəliyi asanlıqda digər böyrək-sidik sistemi xəstəlikləri ilə səhv salmaq olur. Ona görə də xəstəlik uzun müddət diqqətdən kənarda qalır.

“Medicina” xəbər verir ki, nefroloq Viktor Boçenko sidik kisə xərçənginin əsas əlamətini açıqlayıb.
“Ən erkən əlaməti xəstə hər gün tualetə sidiyə gedərkən özü görə bilir.

Bu sidikdə qan- hematuriyanın olmasıdır. 80% hallarda xəstələr bunu görür, amma təhlükəli tərəf odur ki, bir müddət sonra bu qan itir, xəstəyə elə gəlir ki, müvəqqəti bir şey idi, düzəldi.


Bəzən sidik al qırmızı və ya tünd qırmızı rəng alır, çox halda isə qan o qədər az olur ki, gözlə görünmür. Amma sidik analizinin mikroskopik müayinəsində bu görünür.

Adətən sidik kisəsi xərçəngində ağrı olmur, sidik zamanı qan gələndə də xəstə hiss etmir, sadəcə, sidiyə qarışmış qan ola bilir.


Adətən bu xəstəliyi həkimlər də sidik yollarının infeksiyaları, iltihab və cinsi infeksion xəstəliklərlə səhv salırlar.

Hətta 2023-cü ildə 57% xəstəyə ilk başda ayrı xəstəlik diaqnozu qoyulmuşdu. 60% hallarda 3-4cü mərhələdə xəstəlik aşkarlanır. Qadınlarda bu diaqnozun təyini daha çətindir”.

Aygün Musayeva