Kartofdan süd almağın üsulu belədir:
1 kq kartof yuyulur, üzərində xallar, qaraltı varsa götürülür, üzərinə 6 litr su alınıb, qaynara düşənə kimi yüksək odda bişirilir. Sonra zəif odda daha 4 saat bişirilir. Kartoflar suda tam həll olmalıdır. Bir az duz səpib, elə qazandakı su ilə qarışıq püre hazırlanır.
Bu püre 2-3 saatlıq kənarda saxlanılır. Pürenin üzərində maye toplanacaq, bax bu ağ maddə kartof südüdür. Bu suyu süzürsüz, hər gün 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edirsiz.
Malicə kursu – 40 gün. Bu müddət ərzində yumurta, kolbasa, süd və ət yemək olmaz.