Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidik kisəsi çöldə doğuldu - Nadir hadisə

  • 2018.04.04 15:08
  • 14286 Baxış
Sidik kisəsi çöldə doğuldu -  Nadir hadisə
Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı onun üçün olduqca ağır həyati hesab edilən cərrahi əməliyyat keçirib.


Medicina.az xəbər verir ki, bu barədə uroloq cərrah Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, dünyada 100000 uşaqdan 3-ü bu cür doğulur:

 

"Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpə üzərində apardığımız müayinələr nəticəsində məlum oldu ki, onun sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, cinsiyyət orqanı, penisi açıq şəkildədir.


Sidik kisəsi ekstrofiyası epispadiya diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi ki qasıq sümüklərini yaxınlaşadıra bilək.


Çəkisi 3 ,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan Sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı bərpa edildi”.


Qeyd edək ki, həkim uşağın vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.