Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidik kanalından tüklər çıxan oğlan 9 əməliyyatdan sonra – Peyğəmbər sünnətinin ən ağır forması

  • 2018.05.25 20:01
  • 21382 Baxış
Sidik kanalından tüklər çıxan oğlan 9 əməliyyatdan sonra –  Peyğəmbər sünnətinin ən ağır forması
Azərbaycanda 18 yaşında oğlanın cinsiyyət orqanında keçirilən 7 uğursuz əməliyyatdan sonra sidik kanalından tüklər çıxmağa başlamışdı. 


Hipospadiyanın, el arasında Peyğəmbər anadangəlmə yarım sünnətin ən ağır forması ilə doğulmuş pasiyentə indiyə kimi 7 əməliyyat keçirilib.  Öncə keçirdiyi əməliyyatlardan birində cərrah sidik kanalını tikmək üçün tüklü dəridən istifadə edib. Nəticədə sonradan sidik kisəsinin içi tüklərlə dolub. Üstəlik sidik kanalı xayaların ortasına açıldığından uşaq oturaraq sidiyə gedir, cinsiyyət üzvündə ciddi kosmetik qüsurları var idi.


Medicina. az xəbər verir ki, artıq 18 yaşına çatmış oğlanı bu dəfə uşaq cərrahları uzman Fuad Hüseynov və Allahverdi Musayev əməliyyat edir.


Əməliyyat 2 mərhələdə aparılır. Əvvəlcə sünnət dərisi olmadığı üçün məcburi ağız boşluğunun selikli qişasından dəri cinsiyyət orqanına köçürülmüşdü. Dərinin tüksüz olması şərtdir. Köçürülən dəri bir neçə ay ərzində tutduğundan artıq ikinci etap əməliyyat həyata keçirildi. Bu dəfə sidik kanalı bərpa olundu, cinsiyyət orqanının qüsurları düzəldildi. 


Pasiyentin şansı gətirdi və bütün problemləri həll olundu. 

Əgər ilk əməliyyatları düzgün və uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaşanmazdı. 


Qeyd edək ki, əgər oğlan bu son əməliyyatlardan keçməsəydi, ömür boyu oturaraq sidiyə gedəcək, normal cinsi əlaqəyə girə bilməyəcək və sonsuzluqla üz-üzə qalacaqdı. 


Valideynlərə bir daha Peyğəmbər sünnəti ilə doğulmuş oğlan uşaqlarının müalicəsi və düzgün əməliyyatı üçün diqqətli olmaları tövsiyyə olunur. Xüsusən belə uşaqları tez sünnət etdirmək olmaz. Çünki sünnət dərisi əməliyyat zamanı lazım olur. O olmadıqda isə cərrah məcbur olub digər orqanlardan dəri götürməlidir. 

 

Sidik kanalından tüklər çıxan oğlan 9 əməliyyatdan sonra –  Peyğəmbər sünnətinin ən ağır forması