Ayaq ağrılarına səbəb olan amillər çoxdur. Şiddətli ayaq ağrısı hallarının əksəriyyəti qan axını problemi ilə əlaqədardır.
“Medicina” xəbər verir ki, nevroloq Vladimr Yeroxinin sözlərinə görə, belə ayaq ağrılarının ümumi səbəbi, adətən aterosklerozun və ya damarların daralmasının nəticəsi olan periferik arterial xəstəlikdir.
“Ağrılar adətən pilləkənlərə qalxarkən və ya gəzinti zamanı kəskin güclənir, dayandıqda azalır. Digər əlamətlərə uyuşma, ayaq əzələlərində ağırlıq hissi, yavaş sağalan cızıqlar və yaralar, əzaya toxunduqda sərinlik hissi, bir ayaqda dırnaq və tüklərin yavaş uzanması daxildir.
Diabetik neyropatiya zamanı şiddətli ayaq ağrısı diabetin səbəb olduğu xroniki zədələnmə, yüksək qan şəkəri səbəbindən hiss edilə bilər.
Xroniki stress sindromu. Tez-tez velosiped sürmə, qaçış, üzgüçülük ilə məşğul olan idmançılarda baş verir. Bu zaman ayaqların altında və ya əzələlərində yaranır, fiziki fəaliyyətlə artır və istirahət zamanı azalır. Uyuşma, ayaqların hərəkətində problemlər də var.
Kistik xəstəlik. Ayaqlarda kist meydana gəlməsi ilə xarakterizə olunur, bu da damarlara və qan axınına təsir göstərir.
Həkimə bu hallarda müraciət etmək lazımdır:
- Ayaq biləyində və ya ayağın yuxarı hissəsində nəbz yoxdur
- Ayaqlar buz kimidir
- Bir ayaq mavi və ya çox solğun görünür
- Uzandıqda belə keçməyən güclü ağrı var
Bu simptomlar ciddi qan axını pozğunluğunu göstərə bilər. Onlara məhəl qoymamaqla ayaqlarınızı itirmək riski daşıyırsız.
Günay Quluzadə