Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şiddətli ağrı ilə xəstəxanaya gəldi - QARNINDAN 41 MİYOMA ÇIXARILDI

  • 2019.08.07 13:37
  • 7686 Baxış
Şiddətli ağrı ilə xəstəxanaya gəldi  - QARNINDAN 41 MİYOMA ÇIXARILDI

Türkiyənin konya vilayətində bir qadın qarın ağrısı ilə xəstəxanaya müraciət edib. Həkim qəbulunda olan pasiyent bildirib ki, qarnında böyüyən şiş və aybaşı tsiklinin pozulması halları da var. Medicina.az türkiyə mətbuatına istinadən xəbər verir ki, fərqli ölçülərdə olan törəmələr müşahidə edilib.

 

 

Təcili əməliyyata qaldırılan Selime Yağcı 41 miyomadan azad edilib. Əsas məqsəd qadının bir daha ana olma qabiliyyətinin itirilməməsi olub. Həkimlərin sözlərinə görə, uğurlu əməliyyatdan sonra xəstədə hər hansı ağrı və şişlik qalmayıb.

 

 
Miyoma ana bətninin düz əzələ liflərindən inkişaf edən, sərhədləri qabarıq yaxşı xasiyyətli şişə bənzər kütlələrdir. Miyomalar müxtəlif şəkildə də adlandırıla bilər: Miyoma, fibromiyoma, fibroma, fibroid kimi. Ən çox istifadə edilən adı miyomadır. Miyomalar ən çox rast gəlinən genital xoş xasiyyətli şişlərdəndir.
Şiddətli ağrı ilə xəstəxanaya gəldi  - QARNINDAN 41 MİYOMA ÇIXARILDI