Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siçovullar hadisələri xatırlayırlar - Beyinlərində insan şüurunun əlamətləri aşkarlanıb

  • 2018.05.12 13:17
  • 12232 Baxış
Siçovullar hadisələri xatırlayırlar -  Beyinlərində insan şüurunun əlamətləri aşkarlanıb
ABŞ-ın İndiana universitetinin neyrobioloqları siçovulun insan üçün xarakterik olan sinir sisteminin yüksək fəaliyyətinə malik olduğunu isbat edib. Siçovulların keçmişdə baş verən hadisələri xronoloji ardıcıllıqla xatırlaya bildiyi ortaya çıxıb.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda pres-reliz "Phys.org”da dərc olunub.


Tədqiqatda 12 müxtəlif qoxunu yadda saxlamaqla bağlı təlim keçmiş 13 siçovuldan istifadə olunub. Gəmiricilər xüsusi kameraya yerləşdirilib və bu və ya digər qoxunu tanıdıqdan sonra mükafatlandırılıb.


Təlimdən sonra gəmiricilər bir sıra testləri yerinə yetirib. Hər testdə qoxuların yerləri dəyişdirilib. Belə ki, alimlər siçovulların qoxuları ardıcıllıqla xatırladığını sübuta yetirməyə çalışıb. Nəticədə siçovulların bütün siyahını xatırlamağa qadir olduğu ortaya çıxıb.


Orta hesabla gəmiricilər sınaqların 87 faizini uğurlu şəkildə başa vurub. Bu onlarda müxtəlif hadisələr haqqında xronoloji ardıcıllıqla informasiyanı saxlayan epizodik hafizənin olduğunu təsdiq edib.