Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sibir loğmanının möcüzəvi resepti – Dərmanlara inanmayanlar üçün

  • 2019.02.16 12:00
  • 17961 Baxış
Sibir loğmanının möcüzəvi resepti –  Dərmanlara inanmayanlar üçün


Sibirdə yaşayan loğmanlar xalq təbabətini yaxından araşdıraraq, dərmanları əvəz edən müxtəlif reseptlər tərtib ediblər. Bir çox xəstəliklərin çarəsi olan bu xalq təbabəti vasitələri indi də populyardır və uğurla istifadə edilir. 


Medicina.az sizə qədim Sibir resepti olan orqanizmə sağaldıcı və möhkəmləndirici təsir edən möcüzəvi qarışımı təqdim edir:  


Tələb olunanlar: 


• 1 kq qarabaşaq yarması 


• 1 kq qoz ləpəsi 


• 0,7 kq çiçək balı

 

Hazırlanması:

 

Qarabaşağı və qozu qəhvəüyüdəndən keçirin. Üzərinə bal tökərək qarışdırın və soyuducuya qoyun. 


İstifadə edəcək insanların sayından asılı olaraq miqdarı artıra bilərsiniz. 


Qarışımdan gündə 3 dəfə 30 gün boyunca istifadə edin. 


Ürək xəstəlikləri olanlar reseptə ət maşınından keçirilmiş kişmiş və qaysı qurusu da əlavə edə bilərlər. 


Qarabaşaq yarması – tərkibi makro və mikroelemetlərlə, vitaminlərlə və dəmirlə zəngindir. 


Bal - bu təbii məhsul hüceyrə səviyyəsində orqanizmə bərpaedici təsir göstərir.

 

Qoz – tərkibi doymuş yağ turşuları ilə zəngindir.

 

Arzu

Medicina.az