Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siberkondri xəstəliyi nədir? - Pandemiyada daha da artdı

  • 2021.03.05 12:26
  • 1463 Baxış
Siberkondri xəstəliyi nədir? -  Pandemiyada daha da artdı
Pandemiya müddətində internetdə xəstəliklə bağlı araşdırma aparmaq, yəni siberkondri xəstəliyinin sayı da artıb.

Medicina.az xəbər verir ki, türkiyəli psixoloq İlhan Yalçın pandemiya müddətində psixologiya ilə bağlı araşdırma aparıb.

Çalışmada COVID-19 qorxusu, sağlamlığımızla bağlı qayğılar, takıntı kimi əlamətlər araşdırılıb.

12 şəhərdən 8 min 276 nəfərin üzərində aparılan araşdırmada insanların xəstəliyə qarşı özlərini gücsüz və zəif hiss etmələri siberkondri xəstəliyini də artırıb. Bu isə yuxu keyfiyyətinə pis təsir edir. iAraşdırmada iştirak edən insanların 46 faizinin yuxu keyfiyyətinin pozulduğu ortaya çıxıb.

Psixoloq qeyd edib ki, xəstəliklə bağlı araşdırma aparan insanlar özlərinə sual verməlidir: “Apardığım axtarış mənə nə verir? Yoxsa daha pis bir nəticəyə mi aparır? Ümumiyyətlə, insanalr pandemiya müddətində 5 saat-a qədər vaxtlarının xəstəlilə bağlı araşdırma apararaq keçirir”.