Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şöhrətdən alkoqolizmə bir addım: Sərxoşluğa qurşanan ulduzlar

  • 2019.02.05 10:50
  • 6374 Baxış
Şöhrətdən alkoqolizmə bir addım:  Sərxoşluğa qurşanan ulduzlar
 

Məşhurların həyatına həsəd aparırlar. Dəbdəbəli evlər, bahalı istirahət, daimi qonaqlıqlar. Amma hər şey göründüyü kimi deyil. Bəziləri üçün şöhrət o qədər ağır olur ki, spirtli içkidə və digər pis vərdişlərdə sakitlik axtarırlar.


Medicina.az bu gün oxucularına sərxoşluğa qurşanan ulduzların siyahısını təqdim edir:


Lindsi Lohan


Karyerasına uşaqlıq illərindən başlayıb. Bu səbəbdən də yeniyetmə və təcrübəsiz qız narkotik və alkoqol qarşısında dayana bilmədi. Artıq 30 yaşına çatanda yüngüləxlaqlı və qalmaqallı insan obrazına malik idi, dəfələrlə qanunu pozmuşdu. Onun sərxoş vəziyyətdə etdiyi əməllər barədə hətta əfsanələr də dolaşır.


Zak Efron


Aktyor iki dəfə narkotik maddə asılılığından müalicə alıb. Sonra isə spirtli içkiyə qurşanıb. Deyilənə görə, hələ də bu vərdişdən yaxa qurtara bilmir.


Mel Qibson


Mel Qibsonun sərxoş əməlləri barədə çox adam bilir. Bir dəfə isə sərxoş halda sükan arxasına keçdiyi üçün onu saxlayan polisi döyməyə də cəhd edib. Bundan başqa, dəfələrlə ayıq başla ictimaiyyət arasında antisemit və rasist fikirlər səsləndirib.


Conni Depp


Hollivud ulduzu son bir neçə il ərzində bəxti gətirməyənlərdən sayılır. Ember Herdlə boşanma, uzanan məhkəmə prosesi, biznes-menecerinin yalanı və külli miqdarda vəsait itirmə. Jurnalistlərin fikrinə görə, baş verən problemlər fonunda Conni spirtli içkiyə güclü meyl salıb.


Ozzi Osborn


Musiqiçini ən məşhur alkoqoliklərdən biri adlandırırlar. Dəfələrlə sərxoş Osborn ailə mübahisələrinə səbəb olub. Buna görə də Ozzi spirtli içkidən qurtulmaq qərarına gəlib. O, iddia edir ki, 3 ildir ki, spirtli içki qəbul etmir.


Keyt Moss


1990 və 2000-ci illərin ən çox pul qazanan modellərindən biridir. Uzun illər şöhrətin zirvəsində olan Keyt haqqında mətbuat indi yaxşı məqalələri çox az hallarda dərc edir. Keyt spirtli içkiyə meylini heç vaxt gizlətməyib. 2016-cı ildə model sevgilisindən ayrılanda vəziyyət daha da ağırlaşdı. Nəticədə Keyt könüllü şəkildə Taylanda müalicəyə yola düşdü. Amma deyilənlərə görə, Moss yenidən içkiyə qurşanıb.


Bred Pitt


Bred dəfələrlə deyib ki, Ancelina ilə ailəsini spirtli içki yıxıb. Aktyorun sözlərinə əsasən, kollec dövründən içkiyə meyllidir.


"Məni düz başa düşün, bizim çaxır seximiz var. Mən çaxırı çox xoşlayıram. Amma normamı bilmirəm. Mən istənilən rusdan da arağı yaxşı içirəm”, – deyə Pitt bildirib.


Ben Afflek


Son illər Ben heç də yaxşı görünmür. Aktyor etiraf edir ki, sərxoşluqdan bezib amma bununla mübarizə apara bilmir.


Aktyor müalicə də olunsa da, yenidən köhnə vərdişinə qayıdır. Hazırda Ben alkoqolizmlə öz gücü hesabına mübarizə aparmağa başlayıb.


Adel


Adel də alkoqol ilə problemi olan insandır. Daxili böhranlar ona gözəl mahnılar yazmağa imkan versə də, güclü depresiyaları spirtli içki ilə dəf edib. Amma musiqi Adelə bu problemi həll etməyə imkan verib. Bir dəfə həkimlər ona dedilər ki, spirtli içkiyə görə səsi korlana bilər. Adelin seçimi var idi-ya içməyə davam, ya da karyerası üçün içkidən imtina etmək. Təbii ki, Adel yaradıcılığı seçdi.


Derik Uibli


"Sum 41” qrupunun solistini spirtli içki ölümlə üz-üzə qoyub. Derik tez-ez içirdi. O, 17 yaşından içir və ayıq olduğunu xatırlamır. Bir dəfə isə araq içdikdən sonra huşunu itirir və gözlərini xəstəxanada açır. Məlum olub ki, onun qara ciyəri və böyrəyi işləmir.


Uzun aylar müalicədən sonra Derik özünə gəldi və indi həyata başqa nəzərlərlə baxır.

 

Ölkə.Az