Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya müğənninin qohumu Razim Qarayev bildirib.
Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı da sağalıb:
“Səyyad bəyin səhhəti yaxşılığa doğru gedir. Qızdırması da düşüb. Yoldaşı isə bu gün xəstəxanadan çıxıb”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.
***
10:04
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Medicina.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında müğənninin qohumu Razim Qarayev bildirib.
O, Səyyad Əlizadənin vəziyyətinin ağır olduğunu qeyd edib.
"Süni komadan çıxarılmayıb. Nə yaxşıdır, nə də ki, pis. Nəzarət altındadır".
Qeyd edək ki, müğənni Səyyad Əlizadə Mərkəzi Gömrük Hospitalında müalicə alır.