Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səyyad Əlizadənin vəziyyəti ilə bağlı açıqlama

  • 2021.09.30 14:29
  • 2061 Baxış
Səyyad Əlizadənin vəziyyəti ilə bağlı  açıqlama
Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Medicina.az xəbər verir ki, bu barədə müğənninin kürəkəni Razim Qarayev məlumat verib.

“Səyyad bəyin vəziyyətində heç bir dəyişiklik yoxdur. Hazırda səhhəti stabil ağır olaraq qalır”, - R.Qarayev bildirib.

Qeyd edək ki, vəziyyəti ağırlaşdığı üçün Gömrük Hospitalına köçürülən S.Əlizadə bir müddətdir EKMO aparatına qoşulub.