Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səyyad Əlizadə komaya düşdü - Yenilənib - FOTO

  • 2021.09.16 11:34
  • 1878 Baxış
Səyyad Əlizadə komaya düşdü -  Yenilənib - FOTO
Müğənni Səyyad Əlizadə komaya düşüb.

Medicina.az -ın məlumatına görə, bu barədə Lent.az-a ifaçının kürəkəni məlumat verib.


O, bildirib ki, süni nəfəs aparatına qoşulan S.Əlizadə komadadır:

“Həkimlərin daha edəcəyi başqa nəsə yoxdur. Ümid Allahadır. Komaya düşüb. İnşallah yaxşı olar”.

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

***
09:37


Koronavirusa yoluxan Səyyad Əlizadənin və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti stabil olaraq qalır.

Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin həyat yoldaşı da müalicəsini davam etdirir:

“Kəmalə xanımın vəziyyəti nisbətən yaxşıdır. Lakin müalicələr başlayandan heç bir irəliləyiş yoxdur, stabil olaraq qalır. Səyyad Əlizadənin vəziyyəti isə ağırdır. Süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Həkimlər heç bir yenilik olmadığını deyir”.
Səyyad Əlizadə komaya düşdü -  Yenilənib - FOTO