Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səyyad Əlizadə ECMO cihazına - QOŞULUB

  • 2021.09.17 10:39
  • 2462 Baxış
Səyyad Əlizadə ECMO cihazına  - QOŞULUB

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Medicina.az -ın məlumatına görə, bu barədə "Report"a müğənninin qohumu Razim Qarayev xəbər verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Səyyad Əlizadə ECMO cihazına  - QOŞULUB