"Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində irəliləyiş yoxdur".
Medicina.az xəbər verir ki, bunu müğənninin qohumu Razim Qarayev bildirib.
Onun sözlərinə görə, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır:
“Həkimlər əllərindən gələni edir və müalicələr aparılır”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.