Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səyyad Əlizadənin son durumu ilə bağlı açıqlama - YENİLƏNİB

  • 2021.09.13 17:15
  • 3084 Baxış
Səyyad Əlizadənin son durumu ilə bağlı açıqlama -  YENİLƏNİB
Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, bunu Trend-ə müğənninin qardaşı Səccad Əlizadə deyib.

O bildirib ki, Səyyad Əlizadə 10 gün ərzində xəstə olub:

"Bu gün onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. O, hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər analiz götürüb, müalicə aparılır".

***

Müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu haqda prodüser Tarix Əliyev məlumat verib.

O bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

S.Əlizadə xəstəxanaya yerləşdirilib.