Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Mədəyə “qaytar və rahatlaş” əmrini verən orqan…Səyahət zamanı ürəyimiz niyə bulanır?

  • 2017.11.21 15:14
  • 13217 Baxış
- Mədəyə “qaytar və rahatlaş” əmrini verən orqan… Səyahət zamanı ürəyimiz niyə bulanır?
Maşında, avtobusda səyahət zaman ürək bulanma halları bir çoxlarına yad hiss deyil.


Bəs səyahət zamanı xüsusilə də baş əyilmiş formada durduqda ürək bulantısı nə üçün güclənir?


Medicina.az xəbər verir ki, elm adamları bu suala özünəməxsus tərzdə cavab veriblər. 


Onların sözlərinə görə, bir insan başını əyərək kitab oxuduğu zaman, gözlərinin gördüyü ilə beyninin hiss etdikləri üst-üstə düşmür. Çünki gözlər bir cümləyə ilişdiyi zaman beyin yenə də hərəkətdə olur. Bu səbəb də mədə bulantısı yaradır.


Başqa səbəb kimi beyinin özünü zəhərləndiyi düşünməsidir:


"Baş dönür, vücud  isə sabit qalır. Yəni bədən xaric bütün üzvlər daim hərəkətdə olur. Beyin zəhərləndiyini düşünür, çünki buna bənzər əlamətlər zəhərlənmə zamanı meydana çıxır. Bu zaman da mədəyə "qaytar və rahatlaş” əmri gəlir”, - deyə alimlər açıqlamalarında bildiriblər.

Beyin hərəkətə keçdiyi zaman mədədə bulantı başlayır. Qusaraq da içəridə baş verən zəhəri atmış olursunuz.