Xoşbəxtlik hormonu serotonin əskikliyi insanda depressiya, baş ağrısı, əzginlik, mədə-bağırsaq problemləri yaradır. Serotonin 2 orqanda hasil olur: baş beyin və bağırsaqlar. Amma beyində cəmi 10% hasilat var. Qalan yük bağırsaqlara düşür.
Bakupost.az xəbər verir ki, anestezioloq-reanimatoloq Aleksey Tokarev serotonini qidalanma ilə leqal qaldırmağın yolunu açıqlayıb.
“Serotonin konkret qidada yoxdur. Onun sintezine triptofan cavabdehdir. Bu aminturşusu isə dəmir və zülalla zəngin qidalarda olur. Zülalla zəngin qidalar ət, toyuq, yumurta, balıq, qaraciyər, paxlalılar və s.-dir. Məsələn, hər gün qanda stabil serotoninə çatmaq üçün holland pendiri, yumurta və toyuğun döş ətini birlikdə qarışdırıb yesəniz, güclü triptofan bombası əldə edə bilərsiz. O da öz növbəsində setoronin hasil edəcək”.
Həkim tövsiyə edib ki, un məmulatı, şirniyyat və şəkərə meyillilik orqanizdə setoroninin azlığını göstərir. Bu da insulin dirənçi ilə bağlıdır. Serotonin defisitini şirniyyatla ört basdır etməyin, nə qədər çox şirniyyat yesəniz, bir o qədər çox insulin hasil olur və getdikcə serotonin defisiti artır.
Aygün Musayeva
BakuPost