Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sevgililər reanimasiyada evləndi

  • 2025.04.22 20:39
  • 86 Baxış
Sevgililər reanimasiyada evləndi



Xəstəxananın reanimasiya şöbəsində sevgili olan cütlük evlənib.


“Medicina” xəbər verir ki, ABŞ-ın Minnesotta ştatından olan cütlük toya bir neçə gün qalmış xəstəxanaya yerləşdirilib.


Hamilə olan Arianaya pnevmoniya diaqnozu qoyulub və süni nəfəs aparatına yerləşdirilib. Bütün bu müddət ərzində Ariananın nişanlısı Çandler sevgilisinin çarpayısının yanından ayrılmayıb və nəhayət gəlininin daha yaxşı olduğunu görəndə evlilik planını yubatmayıb.

Xəstəxanadan çıxmaq üçün hələ tez olsa da, gəlin və kbəy reanimasiya şöbəsində bunu etmək qərarına gəliblər. Onlara şöbənin işçiləri dekor və tort işində yardım edib.


Aygün Musayeva