Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sevgi hormonu infarktdan sonra ürəyi bərpa edir

  • 2022.10.03 15:54
  • 2016 Baxış
Sevgi hormonu infarktdan sonra    ürəyi bərpa edir

Oksitosin adlı neyrohormon ürək üçün faydalıdır.


"Medicina" xəbər verir ki, Miçiqan universitetinin alimləri bu hormonun ürəyin kök hüceyrələrin stimilə etdiyini sübut edib.


Oksitosin bağlanma, sevgi, eakulasiya, qadınlarda uşaqlığın yığılıb açılması, sperm daşınması və kişilərdə testosterona cavabdehdir.
Alimlər sübut edib ki, balıq və insan hüceyrələrində oksitosinin daha bir funksiyası var: kök hüceyrələri stimullaşdırır. Bu xüsusən ürəyin daxili toxuma qatında epikardda baş verir.

Bundan sonra əzələ hüceyrələri yaranır ki, onlar ürək yığılıb açılmasına cavabdehdir.

Kardiomiset adlanan bu hüceyrələr ən çox infarkt zamanı kütləvi məhv olur.

Daniyu balığında hətta ürəyin 4-də bir hissəsi nekrozlaşsa da, bərpa oluna bilir.

Alimlər müəyyən edib ki, bu işə məhz oksitosin cavabdehdir.

Və ya əksinə oksitosin reseptorlarının blok olması ürək hüceyrələrinin bərpasına mane olur.


Əgər oksitosin heyvanlar üzərində effektivliyini sübut etsə, ondan infarktdan sonra ürəyin bərpasında geniş istifadə edib, xəstələri xilas etmək olar.


Aygün Musayeva