Xərçəng inkşaf etdiyi zaman sevimli yeməyinizin dadını itirə bilərsiniz.
“Medicina” xəbər verir ki, insanlar sevdikləri yeməyin birdən-birə dadını hiss etmədikdə, bu vəziyyətin nə qədər davam etdiyini müşahidə etmək lazımdır.
Əgər uzun müddət çəkirsə, yoxlamaq lazımdır. Çünki mədə xərçəngi olan bir çox xəstə diaqnoz qoyulmazdan bir neçə ay əvvəl birdən-birə müəyyən qidalara və içkilərə qarşı ikrah hissi keçirdiklərini bildirir.
Onkoloq Pavel Çernıxın sözlərinə görə, qarının yuxarı hissəsində davamlı təzyiq hissi ciddi bir mədə pozğunluğunu göstərə bilər. Bu təzyiq hissi səbəbindən insan yemək və ya içdikdən sonra uzun müddət qalır.
Mədə xərçəngi zamanı tez-tez yeməkdən sonra ürək bulanması baş verir. Əgər ürəkbulanma və ya mədə ağrısı ağrılı oköp ilə müşayiət olunursa, yoxlama üçün mütləq həkimə müraciət etməlisiniz.
Başqa bir təhlükəli siqnal daimi mədə yanğısıdır. Bu, daimi qıcıqlanma selikli qişanın hüceyrələrində dəyişikliklərə səbəb olur.
Mədə xərçənginin digər mümkün simptomları:
• Qida və mayelərin udulması ilə bağlı problemlər.
• Yeməkdən sonra müntəzəm olaraq dolğunluq hissi.
• Ağızdan pis qoxu
• Səbəbsiz yorğunluq, enerji itkisi
• kilo itkisi
• Qara nəcis
Günay Quluzadə