Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb

  • 2020.03.24 19:15
  • 2837 Baxış
Səudiyyə Ərəbistanında koronavirusdan  ilk ölüm faktı qeydə alınıb
Səudiyyə Ərəbistanında COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb. Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, bu ölkədə koronavirusa yoluxma halları da artaraq 767 nəfərə çatıb.


İki Müqəddəs Məscidin Xadiminin İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman bin Əbdüləziz Əl Səudun göstərişi ilə Məkkə şəhərindəki Böyük Məscidin qapıları da bağlanılıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Ümrə ziyarətini də qadağan etmişdi.