Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Səssiz qatil” yüksək təzyiqin - Gözlənilməz əlaməti tapıldı

  • 2021.10.18 17:07
  • 1636 Baxış
“Səssiz qatil” yüksək təzyiqin -  Gözlənilməz əlaməti tapıldı
Bir çox hallarda yüksək təzyiq, yəni 160-ı ötən arterial təzyiq heç bir ciddi əlamət, narahatlıq yaratmır, lakin bununla belə insan həyatı üçün ciddi təhlükə yaradır.

Medicina.az xəbər verir ki, yüksəlmiş təzyiqin gözlənilməz simptomu aşkarlanıb.

Həkim Pol Cekson qulaqda səs, küy, uğultunun yüksək təzyiq əlaməti olduğunu bildirib.
Bir çox insanlar qulaqlarında qəfildən musiqi, səs, fit, küy eşidir.

Tinnitus adlanan bu sindrom hər xəstədə müxtəlif səbəbdən yaranır. Bu əlamət baş beyində şiş, hər hansı problem və yüksək təzyiqin əlaməti ola bilər.

Belə əlamət olan kimi, qulaq həkimi ilə yanaşı nevroloq və kardioloqa da müraciət olunmalıdır.

Yüksək təzyiq genetik olaraq da nəsildən-nəsilə ötürülür. Babası, atası hipertonik olan gənclər diqqətli olmalıdır.