Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Səssiz qatil”: hər üç nəfərdən birinin həyatını təhlükə altına qoyur

  • 2024.04.19 15:05
  • 1401 Baxış
“Səssiz qatil”: hər üç nəfərdən birinin həyatını təhlükə altına qoyur
Alimlər hər üç insandan birinin nizamsız ürək döyüntüsü problemi ilə üzləşdiyini irəli sürüblər.

Medicina.az xəbər verir ki, "Səssiz qatil" adlandırılan aritmiyanın yetkin insanların təxminən dörddə birinə təsir etdiyi düşünülürdü.

Bununla belə, milyonlarla yaşlı insanın sağlamlıq qeydlərini araşdıran danimarkalı mütəxəssislər riskin daha da artdığını aşkar ediblər.

Fəlcə səbəb olan atrial fibrilasiyanın dəqiq səbəbi ilə bağlı həkimlər hələ də dəqiq qərara gələ bilməyiblər. Ancaq bunun piylənmə nəticəsində yüksək təzyiqi olan insanlarda daha çox rast gəlindiyi bildirilir.

Aalborg Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər beş nəfərdən ikisi ürək çatışmazlığından əziyyət çəkir. Hər beş nəfərdən birinin insult keçirməsi gözlənilir.

Tədqiqatçılar bu xəstəlikdən əziyyət çəkməyən, 45 yaşdan yuxarı 3,5 milyondan çox danimarkalının məlumatlarını təhlil ediblər. 23 illik təqib müddətində 360 000-dən çox iştirakçıya atrial fibrilasiya diaqnozu qoyulub.

Alimlər xəstəliyə təsir edən amilləri, o cümlədən şəkərli diabet və ya yüksək xolesterin kimi əvvəllər mövcud olan tibbi şərtləri nəzərə aldıqdan sonra 2000-2010 və 2011-2022-ci illər üzrə nisbətləri müqayisə ediblər. Ümumi ömür boyu risk 2000-2010-cu illər arasında 24 faiz, 2011-2022-ci illər arasında isə 31 faiz təşkil edib.

Tədqiqatçıların fikrincə, risk kişilər arasında daha çox artıb.

Ürək çatışmazlığı bu vəziyyətin ən çox görülən komplikasiyasıdır. Atrial fibrilasiya dizaqnozu qoyulanlarda ürək çatışmazlığı riski 41 faizdir. Bu, insult olma ehtimalından (21%) iki dəfə və ömür boyu infarkt keçirmə riskindən təxminən (12%) dörd dəfə çoxdur.

"Atrial fibrilasiyanın uzunmüddətli nəticələrinin yeni ölçülməsi, atrial fibrilasiyalı xəstələrdə ürək çatışmazlığının qarşısını almaq üçün strategiyalara, eləcə də insult riskini daha da azaltmaq üçün müalicələrə kritik ehtiyacı vurğulayır", - deyə tədqiqatın müəllifləri bildiriblər.

Qeyd edək ki, araşdırmanın nəticələri “British Medical Journal”da dərc olunub.


Aysel