Ötən həftə sərt karantin günlərində apteklərin bağlı olması və sadə bir dərmana görə təcili tibbi yardım gözləyənlərin çox olması bir çox xəstələrin vəziyyətini çətinləşdirib.
Ümumiyyətlə, təkcə belə hallar yox, adi günlərdə də Ev apteki deyilən qutuda, çantada ailə üçün lazımi dərmanlar olmalıdır. Bu illərdir tövsiyə olunur.
Yenidən sərt karantin günlərini nəzərə alıb, ev apteki çantasına hansı dərnanları almalı olduğunuzu təqdim edirik. İndidən ehtiyatınızı tutun.
Bu siyahı bir qədər uzundur, amma vacibdir.
- Parasetamol, Nurofen, ibuprofen – yüksək hərarətdə və ağrılarda. Amma koronavirus simptomları olarsa, ibuprofen qəbul etməyim.
-Papaverin, No-şpa – ağrıar, sancılar zamanı
- Nİtroqliserin - ürək tutmaları zamanı əsas vasitə
- Ketonal - baş ağrı, miqren, diş ağrısı
- Ketotifen, suprastin - allergik reaksiyalarda antihistamin
-Pentalgin - ağrılarda
-Smekta, enterol – ishalda, zəhərlənmələrdə
-Aktivləşdirilmiş kömür- köp, zəhərlənmə, bulantı və bağırsaqların viruslu xəstəliklərində
-Regidron – zəhərlənmə, qarın ağrısı, diareya, qusma zamanı orqanizmin susuzlaşmasına qarşı
-Validol, valerian, korvalol– ürək sancılarında, sinir krizlərində, panik atakda sakitləşdirici
-Bronxikum – öskürəkdə
-Kameton – boğaz ağrısında
-Festal, Mezim – mədədə, qarında köp və ağırlıq zamanı
-Voltaren gel - əzələ dartılması, əzələ sümük ağrılar, travmalar zamanı
-Levomekol maz – yanıq, yara, həşərat dişləməsində
-Pantenol – yanıqlarda aerozol
- Natri-xlor - burunu yumaq, dezinfeksiya etmək, yaranı yumaq, lazım gələrsə sistem venadaxili inyeksiya üçün məhlul
- Ringer məhlulu - lazım gələrsə venadaxili inyeksiyalar üçün
- Hidrogen peroksid, bint, bakterisid yara plastırı – yaranı təmizləmək və bağlamaq üçün
-Spirt, yod, pambıq, bint, termometr, pipetka, tibbi qayçı, termometr
- Evində şəkər və təzyiq xəstəsi, yaşlı olan adamlar təzyiq ölçən aparat mütləq almalıdır