Hollivud ulduzu Şeron Stounun “Instagram” hesabında paylaşdığı foto səs-küyə səbəb olub.
Medicina.az xəbər verir ki, aktrisanın gözünün qançır olması pərəstişkarlarını qorxudub .
66 yaşlı Şeron Stounun otelin liftində çəkdirdiyi foto birmənalı qarşılanmayıb. Hamı aktrisanın gözünə nə olduğu ilə maraqlansa da, o, məsələyə tam aydınlıq gətirməyib. Ulduz səfər zamanı xəsarət aldığını bildirib və baş verənlərin təfərrüatını açıqlamayıb.
"Bu səfər çətin oldu, amma mən gücləndim", - deyə Stoun fotoya şərh yazıb.
Xatırladaq ki, Şeron Stoun 2001-ci ildə insult keçirib və həkimlər onu xilas etməkdə çətinlik çəkiblər. Aktrisa onun mürəkkəb əməliyyatdan sonra sağalacağına inananların az olduğunu deyib.
Həmçinin, uşaqlıqdan diabetdən əziyyət çəkən ulduz insulin terapiyası alır.
Ancaq sənətçinin dediyinə görə, səhhətindəki problemlər onun idmanla məşğul olmasına heç vaxt mane olmayıb. Aktrisa indi aktiv şəkildə pilates və yoqa ilə məşğul olur, həmçinin pəhrizinə riayət edir və alkoqollu içki içmir.
Aysel