İstidə pivə qaraciyər və ürəyə əlavə stresə məruz qoyur.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Yekaterina Kaşuxun sözlərinə görə, pivə, sidik ifrazını artırdığı üçün, maye itkisi və vacib mineralların azalması prosesini gücləndirir.
“Pivənin tələb olunan dozasını nəzərəçarpacaq dərəcədə aşsanız, susuzlaşma və istilik fonunda spirt intoksikasiyası daha aydın özünü göstərəcək.
Pivə bildiyimizin əksinə olaraq istidə bədəni soyumur. Alkoqolun təsiri altında damarların genişlənməsi baş verir.
Yəni, spirtli içki qəbul etdikdən sonra istilik hissi nəinki davam edir, daha da güclənə bilər.
Qaraciyər və ürək xəstəlikləri olan insanlar ümumiyyətlə, spirtli içki qəbul etməməlidir.
Pivə xüsusilə istidə qaraciyər və ürək-damar sisteminə əlavə yük yaradır.
Onun müntəzəm istifadəsi artıq çəkiyə səbəb ola bilər”.
Aygün Musayeva