Yayda şorba yemək arıqlamağa və əlavə çəki almamağa kömək edir.
Bakupost.az xəbər verir ki, dietoloq həkim Mixail Qinzburq yayda hər gün şorba yeməyin faydalarını açıqlayıb.
Mütəxəssis hər gün nahara şorba yeməyi tövsiyə edib.
Bildiirb ki, bu, az kalori almaqla, eyni zamanda tox qalmağı təmin edəcək.
"İstənilən qidasız yaşamaq olar, amma elə yeməklər var ki, onlar həyatı yaxşılaşdırır. Bunlardan biri də şorbalardır. O, ikinci quru yeməklərə nisbətən çox aşağı kalorilidir.
İnsan menyusuna şorbaları daxil etdikdə, onun gündəlik kalori qəbulu azalır, bu da arıqlamağa kömək edir.
İstisnasız olaraq, şorba mədə-bağırsaq sistemi üçün də faydalıdır. Bu yeməklər tez həzm olunur. İkincisi şorba ilə birlikdə su, maye içməyə də ehtiyac olmur.
Dünyada yay üçün faydalı olan soyuq şorba reseptləri çoxdur. Onların arasında hətta ətlə olanı da var.
Soyuq şorbaların heç bir əks göstərişi yoxdur, o bütün xəstələrə uyğundur. Şorbalar bol göyərti, tərəvəz, lif, vitamin mənbəyidir.
Soyuq şorbalar bişirilmir, termiki işlənməyə çox məruz qalmır.
Yayda az su içənlər alternativ olaraq şorbaları seçə bilər".
Soyuq şorbalara pomidor, çuğundur, doğramac, kərəviz, ispanaq şorbalarıdır.
Aygün Musayeva
BakuPost