Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sərhəd rayonda üçəm doğuldu

  • 2019.09.15 19:58
  • 5108 Baxış
Sərhəd rayonda üçəm doğuldu
Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.


 

"Qafqazinfo" xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.


N

çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.