Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sərdar Ortaç ağır xəstəlikdən əziyyət çəkir - FOTO

  • 2017.11.10 13:55
  • 14705 Baxış
Sərdar Ortaç ağır xəstəlikdən əziyyət çəkir -  FOTO
Müğənni Sərdar Ortaç qonaq olduğu proqramlardan birində xəstəliyi haqda danışıb.

 

Medicina.az xəbər verir ki, ifaçı xəstəliyi üzündən çətin günlər anlar bildirib: "Zahirən yaxşı görünə bilərəm, amma içəridən yanıram. Sanki sementi, gipsi belimə töküblər. Son zamanlar səhnədə mahnı oxuyarkən ayaqüstə güclə dururam".


Xatırladaq ki, Sərdar 2014-cü ildən dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir. 47 yaşlı pop ulduz qəbul etdiyi dərmanlara ayda 40 min lirə (təxminən 20 min manat) xərcləyir.


Qeyd edək ki, bir müddət əvvəl sənətçi xəstəxanadan paylaşdığı fotosu ilə sevənlərini qorxutmuşdu.

 

Sərdar Ortaç ağır xəstəlikdən əziyyət çəkir -  FOTO