Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Serdar Ortac ağır xəstəliyinin necə başladığını danışdı

  • 2023.07.31 19:15
  • 2347 Baxış
Serdar Ortac ağır xəstəliyinin necə başladığını  danışdı
Məhşur Türk müğənni Sərdar Ortac illər öncə dağınıq skleroz xəstəliyinə tutulduğunu açıqlayıb.


“Medicina” xəbər verir ki, müğənninin sözlərinə görə, müəyyən səbəblərə görə məhkum olunan Sərdar Ortac, “mamak Askeri cəza evində” qəflətən gözləri tutulub, həkimə müraciət edərək birdən birə kor olduğu barədə şikayət edib.

Həkimlər Sərdarın dediyinə əhəmiyyət verməyiblər. Bəraət qazandıqdan sonra, cəza evindən çixib. Çixdıqdan sonra yenidən həkimə müraciət edib. Sərdar müayinə olunub. Bu hadisə 1998 – ci ilə baş verib.

“2008 –ci ildə mikrob inkşaf edərək, ayaqlarda hücuma keçməyə yer axtarırmış. Artıq 2012-ci ildə evlənməyə qərar verərək, nişanlanır. 2014 – cü ildə toy günündə pilləkənlərdən düşərkən sol ayağı birdən-birə hissizləşib. Həmin ayaq hərəkətsiz hala gəlib. Toyun səhəri həyat yoldaşı Serdarı həkimə getməyə məcbur edib.


Həkim Sərdarı müayinə etdikdə beynində 30 – a qədər ocaq aşkarlanıb və ona dəhşəli dağınıq skleroz diaqnozu qoyulub. Müalicəsi demək olar ki, yoxdur.

Sərdar Ortac bu xəstəlik barədə düşünməyərək yaşamağa çalışır.

Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.

Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir.

Xəstəlik kəskinləşdiyi zaman medikamentoz müalicə təyin olunur. Disstress yaradan hər bir simptomla kəskin epizodu (o cümlədən optik nevriti) olan və ya hərəkətlərin məhdudlaşması artan xəstəyə yüksək dozada kortikosteroidlərlə müalicə təklif edilməlidir.

Günay Quluzadə