Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Serbiyanın Müdafiə naziri koronavirusa yoluxdu

  • 2020.06.27 15:37
  • 1772 Baxış
Serbiyanın Müdafiə naziri koronavirusa yoluxdu

Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub", - deyə Nazirliyin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, A.Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətdədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.