Alimlər bəzi meyvə-tərəvəzin quruluşu ilə orqanlar arasında oxşarlığın tibbi, elmi izahının olmadığını desə də, dietoloqlar bununla razılaşmır.
Çünki müəyyən orqana bənzəyən həmin qidada elə həmin orqan üçün faydalı olan maddələr var.
“Medicina” xəbər verir ki, dietoloq Maksim Antonyukun sözlərinə görə, ən sadə misal - qırmızı şərab qan kimidir. Eyni zamanda məlumdur ki, şərabın tərkibində olan antioksidantlar və polifenollar qanda xolesterinin səviyyəsini aşağı salır, qanı duruldur və buna görə də tromb, laxtaların əmələ gəlməsinin qarşısını alır.
Meyvə və tərəvəzlərə gəlincə isə:
• Görünüşdə pomidor ürəklə müqayisə edilə bilər. Eyni zamanda, pomidorun tərkibində insanın ürək-damar sisteminə faydalı təsir göstərən likopen var.
• Qoz beyinə bənzəyir və qədim zamanlardan insanlar ondan zehni performansı yaxşılaşdırmaq üçün istifadə ediblər. Müasir elm qozun bu xüsusiyyətini təsdiqləyib. Omeqa-3 çoxlu doymamış yağ turşularının yüksək tərkibi ilə əlaqələndirilir.
• Kəsilmiş yerkökü insan gözünə bənzəyir. Eyni zamanda, onun tərkibində beta-karotin var ki, bu da makulyar degenerativ proseslərin inkişaf ehtimalını azaldır.
• Zəncəfil kökü insan qaraciyərinə bənzəyir və bu xüsusi orqanın xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur. Həmçinin ürəkbulanma və qusmağı yatırır.
Aynurə Məmmədova