Şərab-çaxır sinir sistemi və baş beyinə mənfi təsir edir.
Bakupost.az xəbər verir ki, həkim diyetoloq Yelena Solomatina sinir sistemi xəstəliyi, beyin problemi, təzyiqi olanlara şərab içməyi tövsiyə etməyib.
“Parkinson, Altsheymer, demensiya, epilepsiya, sinir, beyin xəstəliyi olan, təzyiqi yüksək, insulta meyilli, insult keçirmiş, əl-ayaqlarında uyuşma olanlar, beynində hər hansı şiş olanlar bu içkilərdən uzaq durmalıdır”.
Şərabda olan orqanik turşusu mədə-bağırsağın selikli qişasını aşılayır. Ona görə qastrit, xorası olanlar da çaxır içməsin.
Alkoqol təzyiqi içildiyi andan 10 dəqiqə ərzində qanı damarlarda güclü qovub, təzyiqi qəfil qaldırır, sonra isə eynilə kəskin salır.
Bu da orta yaşlı və yaşlı insanlarda, təzyiq, şəkər xəstələrində ürək probleminə səbəb ola bilər.
Aygün Musayeva
BakuPost