Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sentyabrdan dünyanı nə gözləyir? - Ekspert

  • 2021.07.02 15:50
  • 1668 Baxış
Sentyabrdan dünyanı nə gözləyir? -  Ekspert
Üçüncü koronavirus dalğası iyulun ortalarında azala bilər, eyni zamanda cəmi bir neçə ay ərzində yoluxmada artım gözlənilir.

Medicina.az .az xəbər verir ki, bu sözləri Rusiya Genetik Tədqiqatlar Elmi Mərkəzinin baş direktoru Andrey İsayev söyləyib.

“Epidemiyalar dalğalar halında inkişaf edir, yoluxma sayında çoxalmadan sonra hər zaman azalma olur. Ümid edirəm ki, mövcud dalğa iyulun ortalarına qədər azalacaq”, - ekspert TASS-a verdiyi müsahibəsində bildirib.

A.İsayev hesab edir ki, yeni dalğa sentyabr ayının sonunda baş verə bilər. Odur ki, alim epidemiyanın bu dövrünə güclü immunitetlə girmək üçün ən qısa müddətdə peyvənd olunmağı tövsiyə edir:

“İnanıram ki, peyvəndin təsirini sentyabr ayında, dördüncü dalğa zamanı görəcəyik. Yoluxmaların davam etməsi kədərlidir, lakin gözlənilən həqiqətdir”.