Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sentyabr ayında Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

  • 2019.10.01 10:21
  • 3135 Baxış
Sentyabr ayında Azərbaycanda 20 nəfər qidadan zəhərlənib
Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib. 


Sentyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə  ümumilikdə 1573 müraciət daxil olub.


AQTA-dan Medicina.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.   Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.


Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.