Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sena çayında üzən idmançıların halı pisləşdi

  • 2024.08.01 16:48
  • 1272 Baxış
Sena çayında üzən idmançıların halı pisləşdi
Paris Olimpiadasında triatlon yarışının keçirildiyi Sena çayında üzdükdən sonra idmançıların halı pisləşib.

Medicina.az xəbər verir ki, bəzi triatlonçularda qusma müşahidə edilib.

Kanada komandasının nümayəndəsi ən azı on dəfə qusduğunu bildirib. Bəzi idmançılar hətta yarışı tərk etməli olublar.

Xatırladaq ki, olimpiadaya günlər qala hələ də Sena çayının çirkli olduğu və orada üzməyin insan sağlamlığı üçün təhlükə yaradacağı barədə çoxlu xəbərlər dərc olunub.

Daha öncə də idmançılar və ictimaiyyət həyəcan təbili çaldıqdan səlahiyyətlilər suyun təmizlənəcəyi barədə vədlər veriblər. Hətta Senanın düşünüldüyü qədər çirkli olmadığı barədə açıqlamalar da verilib. Senanın təmizlənməsi üçün milyardlarla avro ayrılıb.

Bir neçə gün öncə triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilmişdi.


Aysel