Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəmkirdə şadlıq sarayını təmizləyən 5 nəfər zəhərləndi - 4-ü uşaqdır

  • 2022.11.03 10:41
  • 1608 Baxış
Şəmkirdə şadlıq sarayını təmizləyən 5 nəfər zəhərləndi -  4-ü uşaqdır
Şəmkirdə kütləvi zəhərlənmə olub.


Medicina.az xəbər verir ki, hadisə rayondakı şadlıq saraylarından birində baş verib. Dördü azyaşlı olmaqla beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regionaql qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə 2012-ci il təvəllüdlü Arzu Məmmədov, 2013-cü il təvəllüdlü Aydın Musayev, 2011-ci il təvəllüdlü Ayxan Məmmədov, 1983-cü il təvəllüdlü Tehran Məmmədov və onun övladı, 2014-cü il təvəllüdlü Tuncay Məmmədov müxtəlif zəhərlənmə göstəriciləri ilə rayon xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub:


“Dərhal polis əməkdaşları həmin ünvana gəlib. Araşdırmalar zamanı məlum olub ki, sonuncular rayonun Dəlilər qəsəbəsindəki şadlıq sarayında olan zaman zəhərləniblər. Həmin ünvana baxış keçirilib. Onların şadlıq sarayının sanitar qovşağının yuyulması zamanı istifadə olunan neft məhlulundan zəhərləndiyi məlum olub. Hazırda zəruri araşdırmalar davam etdirilir”.


Zəhərlənənlərin hamısı Şəmkirin Sabirkənd sakinləridir.