Azərbaycanda koronavirusa yoluxan həkimlərin siyahısına daha biri əlavə edilib.
1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoluqu Kərəm Yaqubov koronavirusa yoluxub. Bu barədə Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl bildirib.
"Kərəm doktor reanimatoloq olaraq pandemiyanın ilk günlərindən COVİD-19 xəstələrinin sağlamlığı uğrunda savaşırdı. Bu gün özünün də xəstələndiyini öyrəndim. Peşəkar həkim və olduqca gözəl insandır.
Dəyərli müəllimimin tezliklə sağlığına qovuşmasını diləyirəm. Tanrı köməyi olsun!".
Həkim Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.