Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.
"Medicina" xəbər verir ki, klinikanın mətbuat xidməti məsələni təkzib etməyib.
"Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.
Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir", - Mərkəzdən bildirilib.
Aygün Musayeva