Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə dörd həkim COVİD-19 koronavirusuna yoluxub.
Medicina.az xəbər verir ki, həkimlərdən birinin vəziyyəti ağırdır, o xəstəxanaya yerləşdirilib.
Sözügedən həkimlər koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul idilər. "Semaşko" 2 həftədən çoxdur ki, koronavirus xəstələri üçün ayrılıb.