Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Semaşko" bağlandı, ancaq koronaviruslu xəstələr qəbul ediləcək - YENİLƏNİB

  • 2020.06.17 15:20
  • 2784 Baxış
"Semaşko" bağlandı, ancaq koronaviruslu xəstələr qəbul ediləcək  - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "BakuPost"a verilən məlumata görə, Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

"KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər".

Saat 14:44
Azərbaycanda koronaviruslu xəstələriə xidmət göstərəcək xəstəxanaların sayı artırılır.

1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq. Oxu.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb.

Xəstəxanadan "BakuPost"a bütün xəstələrin evə yazılmasına başlandığı açıqlanıb.