Kliniki Tibbi Mərkəzdə analiz verən şəxs onda səhvən Hepatit aşkarlandığını açıqlayıb.
"Medicina" xəbər verir ki, pasiyent qan analizinin cavabından şübhələnərək, özəl klinikada eyni analizi verib.
“ Bu xəstəxanada yatan qohumum üçün qan vermək istədim. Mənə dedilər ki, qanımda hepatit çıxıb. Düzü, buna çox təəccübləndim. Çünki altı aydan bir müayinə olunuram və bu cavaba inanmadım. Tez gedib Sağlam ailədə eyni testi verdim, orda hepatit çıxmadı. Bu məsələni belə qoymayacam".