Selülit günümüzdə qadınların ən çox rastlaşdığı problemlərdən biridir. Görünüş olaraq portağal qabığına bənzədilən selülit xüsusilə qadınların qurtula bilmədiyi dəri problemlərinin ən başında gəlir.
Medicina.az xəbər verir ki, mütəxəssislər selülitdən qurtulmaq üçün bəzi məsləhətlər verir:
Yetərli və düzgün qidalanın
Karbohidrat, protein və yağ kimi qidalar gündəlik lazım olduğu qədər qəbul edilməlidir. Ehtiyadan daha artıq yeyilən qida bədəndə yağ hüceyrələrində toplanır. Yağ miqdarının artması da damarlarda basqıya səbəb olaraq selülit yaradır. Xüsusi ilə də yağ tərkibi yüksək qida və şəkərə diqqət etməlisiniz.
Omeqa-3 yağ tərkibli qidalarla bəslənin
Omeqa-3 damar sağlamlığı üçün olduqca faydalıdır. Bu da selülitin yaranmasının qarşısını alır. Balıq, qoz, badam, kətan toxumu Omeqa-3 tərkibli yüksək qidalardır.
C və E vitaminli qidalar
Bu vitaminler antioksidan xüsusiyyətinə görə dəridəki çuxurlaşmanın qarşısını alır. Limon, brokoli, ispanaq, kərəvəz, qayısı, pomidor kimi meyvə və tərəvəzlər C vitamini, badam, qoz, fındıq kimi çərəzlər isə E vitamini ilə zəngindir.
Bol su için
Gündə orta hesabla 2.5-3 litr su içilməlidir.
Duz miqdarına nəzarət edin
Duzdan çox istifadə etmək selülitin artmasına səbəb olur. Buna görə də istifadə etdiyiniz duzun miqdarına fikir verin.
Mütəmadi idmanla məşğul olun
Gündəlik idman etmək əzələləri möhkəmləndirməklə yanaşı, yağ hüceyrələrinin böyüməsinin qarşısını alar.
Siqaret və alkoqoldan uzaq durun
Alkoqol və siqaret metabolizmaya bir çox təsirləri olduğu kimi selülitin yaranmasına da yol açar.
Aygün Nəbiyeva