Dünya şöhrətli kanadalı müğənni Selin Dion sağalmaz xəstəliyə tutulub.
Bakupost.az xəbər verir ki, bu barədə müğənni "Intstagram" səhifəsində yazıb. Xəstəliyi ilə bağlı izləyicilərinə məlumat verən 54 yaşlı müğənni həkimlərin ona qoyduğu əzələ sərtliyi sindromunun nadir xəstəlik olduğunu bildirib.
Xəstəlik bir insanın mərkəzi sinir sisteminə təsir göstərir, bunun nəticəsində onun əzələ tonusu artır və nəticədə ağrılı spazmlar və tez-tez sümük qırılmaları baş verir.
Xəstəlik irəliləyərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.