Amerika Psixoloqlar Dərnəyi maraqlı araşdırma aparıb.
Medicina.az xəbər verir ki, mütəxəssislər, araşdırmalar nəticəsində selfi çəkən insanların psixoloji cəhətdən problemləri olduğu qənaətinə gəliblər.
Selfitis adı qoyulan bu xəstəliyin günümüzdə yoluxucu xəstəlik olduğu bildirilib. Hər zaman selfi çəkən insanların, bu şəkillərin çoxunu sosial mediada paylaşmadıqları təsdiq edilib. Mütəxəssislər belə çəkimi "borderline selfitis”, gündə ən az 3 dəfə selfi çəkib, 3 dəfə də paylaşan insanları isə "acute selfitis” adlandırıblar.
Bu xəstəliyin ən irəliləmiş forması isə "Xronik selfitis”dir ki, belə insanlar gündə ən azı 6 dəfə şelfi çəkib, 6 dəfə də sosial şəbəkədə paylaşırlar.
Araşdırmaçılar bu xəstəliyin müalicəsinin hələ tapılmadığını açıqlayıblar.