Vaşinqton Universitetində smartfonlar üçün insanın fotoşəkli ilə mədə və mədəaltı vəzin xərçəngini ilkin mərhələdə diaqnoz edəcək yeni proqram əlavəsi hazırlanıb.
Medicina.az-ın məlumatına görə, bu xəstəliyin ilk əlaməti dəridə və gözlərdə sarımtıllığın olmasıdır ki, bu da bilirubin piqmentinin toxumalarda yığılmasından yaranır.
Telefonla diaqnoz proqramında foto çəkərkən gözlərə xüsusi işıq düşəcək. Bununla gözlərdə bilirubindən olan sarılığın dərəcəsi müəyyən ediləcək. Sarılıq dərəcəsi normadan artıq olan insan mütləq həkimə getməli olacaq.
Diaqnostik selfi hazırda bu xəstəliyi təyin edən qan analizindən heç də pis nəticə göstərməyib. Bu proqramla yenidoğulmuşlarda fotoşəkillə sarılığın təyin olunması da asan olacaq.