Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Selfi çəkərkən 5-ci mərtəbədən yıxılan qızı həyata necə qaytardılar – Məşhur aparıcının yaşadığı möcüzə

  • 2018.05.01 19:51
  • 26328 Baxış
Selfi çəkərkən 5-ci mərtəbədən yıxılan qızı həyata necə qaytardılar –  Məşhur aparıcının yaşadığı möcüzə
Gürcüstanın məşhur aktrisa və aparıcısı Şorena Begaşvili və qızı Eva Barbakadzenin başına gələnlər insanı möcüzələrə inanmağa vadar edir. 


Medicina.az maraqlı pasiyent hekayəsini təqdim edir.

 



 

Aparıcının 15 yaşlı qızı Eva yaşadıqları evin balkonunda selfi çəkərkən ehtiyatsızlıqdan 5-ci mərtəbədən yerə yıxılır və onurğasından ağır travmalar alır. Təcili olaraq əməliyyat olunan qızın müalicəsi Gürcüstanda ən yaxşı klinikalarda aparılır. Əməliyyatdan sonra gəzə bilməyən, şiddətli ağrıları və hərarəti olan qızı yenidən ağır vəziyyətdə reanimasiyaya qaldırırlar.

 

Bu dəfə anası onu itirəcəyindən narahat olaraq, qızını ölkə xaricinə çıxarmaq qərarını alır və İstanbulda Liv Hospitalın ortopedik travmatoloqu, professor Çağatay Öztürklə əlaqə yaradaraq, qızının müayinə kağızlarını göndərir. Uzman həkim usağı dərhal hospitala gətirilməsini bildirir.

 

Özəl təyyarə ilə kritik vəziyyətdə olan Eva Liv Hospitala çatdırılır. Yenidən diqqətli müayinə olunan qızın onurğasında daha 2 sınıq və əvvəlki əməliyyat yerində ciddi infeksiya ocağı aşkarlanır. Bu sınıqları Gürcüstandakı həkimlər görməmişdi və əməliyyat etməmişdilər. Ona görə qız şiddətli ağrılardan əziyyət çəkirdi.  Bundan əlavə qızın ayağında da travmalar var idi və onun gəzməsi sual altında idi. Professorun başçılığı ilə cərrahlar qrupu riskli əməliyyata girir, ilk növbədə onurğadakı sınıqlar aradan qaldırılır. Xəstənin bədəni və orqanizmi o qədər zəif idi ki, əməliyyat zamanı həyatını itirmə riski yüksək idi. 

 

 Uzun sürən əməliyyat uğurla başa çatır, Eva reanimasiya müddətini yaxşı keçirir. Ağrıları aradan qalxmış, həyati funksiyalar bərpa olmuş, rahat uzana bilirdi, 10 gün sonra isə otura bildi. Bundan sonra daha iki əməliyyat və uzun bir reabilitasiya dövrü keçən Eva və anası Liv hospitaldan yeriyərək çıxacaqlarına inanırdılar. Həqiqətən də bir neçə aylıq fizioterapiya və reabilitasiyadan sonra yatağa məhkum olunmuş qızın hərəkətləri bərpa oldu və o,gəzməyə başladı. Eva öz ayağı ilə İstanbuldan Tiflisə qayıdır. Tiflisdə onun nəinki sağ-salamat olduğuna, hətta gəzməsinə inanmırdılar. 

 

Artıq Gürcüstanda ağır travmalar almış bir insanın xilas oluna biləcəyi bir klinikanın olması barədə bilirlər. 


Şorena Begaşvili və qızı Eva Barbakadze eyni problemdən əziyyət çəkənlərə dəstək olur:

"Mən Çağatay doktora ömrümün sonuna kimi borcluyam. O mənə tək qızımı yenidən bağışladı. Həyatda ölümdən başqa hər şeyə çarə var. Yetər ki, bu çarəni tapaq”.

 




Bu kimi problemləri olan insanların nəzərinə:

Professor Çağatay Öztürk tezliklə Bakıya gələcək.

Həkimlə əlaqə saxlamaq üçün:: 

+90 554 871 05 92 

 


Bu möcüzəvi pasiyent hekayəsini videoda izləyə bilərsiz.

 


 


Selfi çəkərkən 5-ci mərtəbədən yıxılan qızı həyata necə qaytardılar –  Məşhur aparıcının yaşadığı möcüzə
Selfi çəkərkən 5-ci mərtəbədən yıxılan qızı həyata necə qaytardılar –  Məşhur aparıcının yaşadığı möcüzə