Dünyanın ən gənc ulduzlarından olan Selena Qomez əməliyyat olunub.
Medicina.az xəbər verir ki, ulduza böyrək köçürülüb. Donor onun yaxın rəfiqəsi aktrisa Fransiya olub.
Məlumat üçün bildirək ki, müğənni 2013-cü ildən qırmızı qurdeşənəyi – autoimmun xəstəliyindən əziyyət çəkib. Bu, onun bir böyrəyini sıradan çıxarıb. Bir neçə kurs kimyaterapiya alan müğənni insultun bir addımlığında olub. Ona görə ona təcili böyrək köçürülüb. Selena bu xəstəliyi səbəbindən 2 ildir ki, depressiya və panik atakdan da əziyyət çəkirdi.